Fransanın “Lion” futbol klubu UEFA Çempionlar Liqasının pley-off mərhələsində “Fənərbağça” ilə cavab oyunu öncəsi heyətdə geniş rotasiyaya əl atıb.
İdman.Biz xəbər verir ki, baş məşqçi Paulo Fonseka Liqa 1-in “Tuluza” ilə qarşılaşmasında İstanbul təmsilçisinə qarşı ilk matçda start heyətində meydana çıxan futbolçuların hamısını dincəltmək qərarına gəlib.
Portuqaliyalı mütəxəssis əsas diqqəti “Fənərbağça” ilə cavab görüşünə yönəldərək “Tuluza” ilə matça tamamilə dəyişdirilmiş heyət buraxıb. Beləliklə, əsas futbolçuların vacib qarşılaşma öncəsi zədə riskindən qorunması və fiziki baxımdan daha yaxşı vəziyyətdə olması nəzərdə tutulub.
Qeyd edək ki, “Fənərbağça” ilə “Lion” arasında UEFA Çempionlar Liqasının pley-off mərhələsinin cavab oyunu avqustun 26-da Fransada keçiriləcək. Qarşılaşma Bakı vaxtı ilə saat 22:00-da başlayacaq.
