Skoulz “Mançester Yunayted”i xilas edəcək beş futbolçunun adını açıqlayıb

6 Noyabr 2026 00:04
196
Skoulz “Mançester Yunayted”i xilas edəcək beş futbolçunun adını açıqlayıb

“Mançester Yunayted”in sabiq futbolçusu Pol Skoulz İngiltərə klubunun vəziyyətini yaxşılaşdırmaq üçün transfer edilməsini istədiyi beş oyunçunun adını açıqlayıb.

İdman.Biz xəbər verir ki, keçmiş yarımmüdafiəçi “The Good, The Bad & The Football” podkastında öz seçimlərini bölüşüb.

Skoulz “Arsenal”ın müdafiəçisi Qabriel Maqalyansı, onun komanda yoldaşı Deklan Raysı, “Bavariya”nın cinah hücumçusu Maykl Oliseni, həmçinin “Real Madrid”in futbolçuları Kilian Mbappe və Cud Bellinqemı “Mançester Yunayted”də görmək istədiyini bildirib.

Maraqlıdır ki, o, əvvəlcə Harri Keynin adını çəkib, lakin daha sonra seçimini dəyişərək “Arsenal”ın yarımmüdafiəçisi Deklan Raysa üstünlük verib.

İdman.Biz