“Fənərbağça”da qorxulu anlar: Kerem Aktürkoğlu xəstəxanaya aparılıb - VİDEO

23 Avqust 2026 06:49
109
“Fənərbağça”da qorxulu anlar: Kerem Aktürkoğlu xəstəxanaya aparılıb - VİDEO

“Fənərbağça”nın futbolçusu Kerem Aktürkoğlu Türkiyə Super Liqasının ikinci turunda “Konyaspor”la oyunda zədələnib.

İdman.Biz xəbər verir ki, start heyətində meydana çıxan Kerem Aktürkoğlu ikinci hissənin əvvəlində rəqiblə toqquşub. Başından zərbə alan cinah futbolçusuna meydanda tibbi yardım göstərilib.

33 yaşlı futbolçu oyunu davam etdirə bilməyib və 53-cü dəqiqədə əvəzlənib.

“Fənərbağça” hadisədən sonra Keremin vəziyyəti ilə bağlı açıqlama yayıb. Klub futbolçunun baş travması keçirdiyini, lakin huşunun yerində olduğunu bildirib.

“Futbolçumuz Kerem Aktürkoğlu qarşılaşma zamanı başından aldığı zərbə nəticəsində kəllə-beyin travması keçirib. Huşu açıq olan oyunçumuz müayinə məqsədilə xəstəxanaya aparılır. Sağlamlıq vəziyyəti ilə bağlı əlavə məlumat ictimaiyyətə təqdim olunacaq”, – deyə açıqlamada bildirilib.

İdman.Biz