“Qarabağ” Konfrans Liqasının əsas mərhələsi uğrunda mübarizəyə başlayır

20 Avqust 2026 11:13
107
“Qarabağ” Konfrans Liqasının əsas mərhələsi uğrunda mübarizəyə başlayır

Bu gün UEFA Konfrans Liqasında pley-off mərhələsinin ilk oyunları keçiriləcək.

İdman.Biz xəbər verir ki, turnirin əsas mərhələsinə vəsiqə uğrunda mübarizəyə 48 komanda başlayacaq.

Günün diqqətçəkən qarşılaşmaları arasında “Sion” – “Ayaks”, “Qurnik” – “Monako” və “Atalanta” – “Hapoel Təl-Əviv” oyunları yer alır. PAOK “Brann”ı qəbul edəcək, “Reyncers” “Yablonets”lə, “Hayduk” isə “Rakuv”la üz-üzə gələcək.

Azərbaycan təmsilçisi “Qarabağ” isə pley-off mərhələsinin ilk oyununda Niderlandda “Tvente”nin qonağı olacaq. Enşedede keçiriləcək qarşılaşma Bakı vaxtı ilə saat 22:00-da başlayacaq.

İki oyunun nəticəsinə əsasən qalib gələn komandalar UEFA Konfrans Liqasının əsas mərhələsinə vəsiqə qazanacaqlar.

20 avqust

UEFA Konfrans Liqası, pley-off mərhələsi, ilk oyunlar

20:00. “Linkoln Red İmps” – “Larn”

20:00. “İnter Turku” – “Kopenhagen”

21:00. “Tromse” – “Brayton”

21:00. “Midtüllan” – “Riyeka”

21:00. “Norşellann” – “Sent-Qallen”

21:30. Kİ Klaksvik – “Riqa”

21:45. PAOK – “Brann”

22:00. “Vikinqur” – “Borats”

22:00. “Drita” – “İnter Eskaldes”

22:00. “Qurnik” – “Monako”

22:00. “Tvente” – “Qarabağ”

22:15. “Sion” – “Ayaks”

22:30. “Motherwell” – “Frayburq”

22:30. “Gent” – “Hibernian”

22:30. “Atalanta” – “Hapoel Təl-Əviv”

22:30. “Panatinaikos” – “Qradeç-Kralove”

22:30. “Luqano” – “Makkabi Təl-Əviv”

22:45. “Hart” – “Rapid”

22:45. “Reyncers” – “Yablonets”

23:00. “Şemrok Rovers” – KuPS

23:00. “Hayduk” – “Rakuv”

23:00. “Dinamo Siti” – “Pafos”

23:00. “Braqa” – “Austria”

23:00. “Xetafe” – “Partizan”

Qeyd: Oyunların başlama vaxtı Bakı vaxtı ilə göstərilib.

İdman.Biz