MLS-də(ABŞ və Kanadanın futbol liqası) “Filadelfiya Yunion” futbol klubu doğma meydanda “İnter Mayami”ni qəbul edib.
İdman.Biz xəbər verir ki, Çesterdəki “Subaru Park” stadionunda keçirilən qarşılaşma 2:2 hesabı ilə başa çatıb.
“Filadelfiya”nın heyətində İndiana Vassilev və Nil Pyer fərqlənib.
“İnter Mayami”də isə Daniel Pinter və argentinalı hücumçu Lionel Messi qol vurub. Uruqvaylı forvard Luis Suares isə məhsuldar ötürmə ilə yadda qalıb.
Qeyd edək ki, bu, Messinin 2026-cı il dünya çempionatından və atası Xorxe Messinin vəfatından sonra “İnter Mayami”nin heyətində vurduğu ilk qol olub.
Bu nəticə ilə “Filadelfiya”nın ardıcıl dörd qələbəlik seriyasına son qoyulub. “İnter Mayami” isə MLS-də qələbəsiz oyunlar seriyasını 3-ə çatdırıb. Komanda bundan əvvəl “Kolumbus Kryu” ilə heç-heçə edib, “Neşvill”ə isə uduzub.
MLS-in növbəti turunda “İnter Mayami” “Toronto” ilə, “Filadelfiya Yunion” isə “Ostin”lə qarşılaşacaq. Hər iki oyun 23 avqustda keçiriləcək.
