Bakının “Sabah” futbol klubunun qapıçısı Stas Pokatilov Qazaxıstan millisinin UEFA Millətlər Liqasında keçirəcəyi növbəti oyunlar üçün geniş heyətə daxil edilib.
İdman.Biz xəbər verir ki, milli komandanın yeni baş məşqçisi Con vant Sxip 41 futbolçunun yer aldığı siyahıya Stas Pokatilovu da daxil edib.
Qazaxıstan millisi sentyabrın 26-da Farer adaları, sentyabrın 29-da Slovakiya, oktyabrın 2-də isə Moldova ilə qarşılaşacaq.
Qazaxıstan millisinin geniş heyəti:
Qapıçılar: Temirlan Anarbekov (“Kayrat”), Bekhan Şayzada (“Ordabası”), Aleksandr Zarutski (“Aktobe”), Məhəmmədcən Seysen (“Astana”), Stas Pokatilov (“Sabah”, Azərbaycan).
Müdafiəçilər: Nuralı Alip (“Zenit”, Rusiya), Alibek Kasım, Yan Vorogovski (hər ikisi – “Astana”), Sergey Malı, Sultanbek Astanov (hər ikisi – “Ordabası”), Temirlan Yerlanov, Talqat Küsapov (hər ikisi – “Aktobe”), Aleksandr Şirobokov, Damir Kasabulat, Aleksandr Mrınski, Yerkin Tapalov (hamısı – “Kayrat”), Saqadat Tursınbay (“Jenis”), Vladislav Vasilyev (“Okjetpes”), Naurızbek Jaqorov (“Tobol”), Saqi Sovet (“Kayser”), Arsen Aşirbek (“Elimay”).
Yarımmüdafiəçilər: Bauırjan İslahxan, Stanislav Basmanov (hər ikisi – “Astana”), Ramazan Orazov, Almas Tülübəy (hər ikisi – “Elimay”), Georgi Jukov (“Aktobe”), İslambek Kuat (“Jenis”), Jasulan Amir, Elxan Astanov, Abinur Nurımbet (hamısı – “Ordabası”).
Hücumçular: Dastan Satpayev (“Bernli”, İngiltərə), İslam Çesnokov (“Krılya Sovetov”, Rusiya), İsmail Bekbolat, Azamat Tuyakbayev (hər ikisi – “Kayrat”), Akmal Baxtiyarov (“Elimay”), Artur Şuşenaçev (“Aktobe”), Ramazan Kərimov (“Astana”), Oralxan Omırayev (“Okjetpes”), Maksim Samorodov, Qalımjan Kenjəbek (hər ikisi – “Axmat”, Rusiya).
Qeyd edək ki, Stas Pokatilov ötən gün Çempionlar Liqasının III təsnifat mərhələsinin pley-off raundunun ilk oyununda İsrailin “Hapoel” klubuna qarşı matçda iştirak edib. Buxarestdə keçirilən qarşılaşma nominal ev sahibinin 2:1 hesablı qələbəsi ilə başa çatıb.
