“Arsenal”ın hücumçusu Viktor Dyökereş “Barselona”ya keçməkdə maraqlıdır.
İdman.Biz “El Chiringuito” nəşrinə istinadən verir ki, forvard özünü hər gün Kataloniya klubuna təklif edir.
Dyökereş hesab edir ki, Hans-Diter Flikin tətbiq etdiyi sistemə ideal şəkildə uyğunlaşa bilər və “Barselona”ya qoşulmaq istəyir.
Bununla yanaşı, “Barselona” özü də “Arsenal”ın hücumçusu Viktor Dyökereşi transfer etmək variantını nəzərdən keçirir.
Belə ki, Kataloniya klubu Ferran Torreslə bağlı vəziyyətdən sonra hücum xəttini gücləndirmək üçün müxtəlif variantlar üzərində çalışmağa başlayıb. Dyökereş də “Barselona” rəhbərliyinin nəzərdən keçirdiyi namizədlərdən biridir.
Portuqaliyalı hücumçunun Flikin oyun sisteminə uyğun olduğunu düşünməsi və “Barselona”da çıxış etmək istəyi mümkün transferi daha da gündəmə gətirib.
