Bu gün UEFA Avropa Liqasında təsnifat mərhələsinin pley-off mərhələsinə start veriləcək.
İdman.Biz xəbər verir ki, oyun günündə 12 ilk qarşılaşma keçiriləcək. İki oyunun nəticəsinə əsasən qalib gələn komandalar turnirin əsas mərhələsinə vəsiqə qazanacaq.
Günün diqqətçəkən görüşlərindən biri “Benfika” ilə Danimarkanın “Orhus” komandası arasında olacaq. Türkiyənin “Beşiktaş” klubu “Kauno Jalgiris”i qəbul edəcək. “Trabzonspor” isə doğma meydanda “Ferentsvaroş”la qarşılaşacaq.
Bundan başqa, “Kayrat” və “Anderlext”, “Srvena Zvezda” və “Viktoriya Plzen”, “Myelbyu” və “Zalsburq” komandaları cavab oyunları öncəsi üstünlük əldə etməyə çalışacaqlar.
Pley-off mərhələsinin cavab oyunları avqustun 27-də keçiriləcək.
20 avqust
UEFA Avropa Liqası, pley-off mərhələsi, ilk oyunlar
19:00. “Kayrat” – “Anderlext”
20:00. “Yagelloniya” – “İberiya”
20:00. “Myelbyu” – “Zalsburq”
21:00. “Trabzonspor” – “Ferentsvaroş”
21:00. “Universitatya Krayova” – “Ararat-Ermənistan”
21:00. “Eqnatiya” – “Lillestrem”
21:00. “Beşiktaş” – “Kauno Jalgiris”
21:00. “Lex” – “Tun”
22:00. “Sent-Tröyden” – “Omoniya”
22:00. “Srvena Zvezda” – “Viktoriya Plzen”
22:00. OFİ – ÇSKA Sofiya
23:00. “Benfika” – “Orhus”
Qeyd: Oyunların başlama vaxtı Bakı vaxtı ilə göstərilib.
