“Real” Endriklə bağlı qərarını verdi

18 Avqust 2026 22:59
88
“Real” Endriklə bağlı qərarını verdi

İspaniyanın “Real” futbol komandasının hücumçusu Endrik 2026/27 mövsümünü Madrid klubunda keçirəcək.

İdman.Biz xəbər verir ki, klub rəhbərliyi, baş məşqçi Joze Mourinyo və braziliyalı futbolçu yay transfer pəncərəsində ayrılığın baş verməməsi ilə bağlı ortaq qərara gəlib. “Aston Villa” və “Roma” Endriki icarəyə götürmək variantını nəzərdən keçirirdi.

Mourinyo 20 yaşlı futbolçudan həm sağ cinahda, həm də mərkəz hücumçusu mövqeyində istifadə etməyi planlaşdırır. Portuqaliyalı mütəxəssis Bernardo Silva və Federiko Valverdeni sağ cinah üçün daimi seçim hesab etmir. Bu mövqedə Endrikin Yan Diomande və Brahim Diasla rəqabət aparacağı gözlənilir.

Braziliyalının vəziyyətinə yanvarda yenidən baxılacaq. Endrik mövsümün ilk yarısında yetərincə oyun vaxtı qazanmasa, onun icarəyə verilməsi variantı yenidən gündəmə gələ bilər.

İdman.Biz