Rodri rəsmən “Barselona”da

18 Avqust 2026 20:53
68
Rodri rəsmən “Barselona”da

İngiltərənin “Mançester Siti” futbol komandasının yarımmüdafiəçisi Rodri Ernandes “Barselona”ya keçidini rəsmiləşdirib.

İdman.Biz "Barselona" radiosuna istinadən xəbər verir ki, 30 yaşlı ispaniyalı futbolçu Kataloniya klubu ilə müqaviləsini imzalayıb.

Razılaşmaya əsasən, “Barselona” “Mançester Siti”yə 60 milyon avro (118 milyon AZN) sabit məbləğ ödəyəcək. Bonuslarla birlikdə transferin ümumi dəyəri təxminən 76 milyon avroya (149,51 milyon AZN) çatacaq.

Rodrinin “Barselona” ilə müqaviləsi 2030-cu ilin yayına qədər nəzərdə tutulub.

Rodri 2019-cu ildən “Mançester Siti”nin formasını geyinib. O, İngiltərə klubunun heyətində 2022/23 mövsümündə UEFA Çempionlar Liqasının qalibi olub, 2024-cü ildə isə “Qızıl top” mükafatına sahib çıxıb.

İdman.Biz