“Traktor” 10 dəqiqəyə iki qolla səfər qələbəsi qazanıb

18 Avqust 2026 23:09
87
“Traktor” 10 dəqiqəyə iki qolla səfər qələbəsi qazanıb

Təbrizin “Traktor” futbol komandası ölkə çempionatında növbəti qələbəsini qazanıb.

İdman.Biz xəbər verir ki, Təbriz təmsilçisi səfərdə “Sepahan”la qarşılaşıb və rəqibini 2:0 hesabı ilə məğlub edib.

Görüşdə hər iki qolu Amirhüseyn Hüseynzadə vurub. İran millisinin hücumçusu 83-cü dəqiqədə hesabı açıb, 90+3-cü dəqiqədə isə ikinci dəfə fərqlənərək matçın yekun nəticəsini müəyyənləşdirib.

Beləliklə, “Traktor” İran çempionatında keçirdiyi iki oyundan sonra 6 xal toplayıb. Təbriz klubu turnir cədvəlində lider “İstiqlal”la eyni xala malikdir.

İdman.Biz