Aaron Van-Bissaka “Aston Villa”ya keçib

18 Avqust 2026 22:19
91
Aaron Van-Bissaka “Aston Villa”ya keçib

Konqo millisinin futbolçusu Aaron Van-Bissaka İngiltərənin “Aston Villa” futbol klubuna keçib.

İdman.Biz xəbər verir ki, Birmingem təmsilçisi sağ cinah müdafiəçisinin transferini rəsmiləşdirib.

28 yaşlı futbolçu son olaraq İngiltərənin “Vest Hem” klubunda çıxış edib. Van-Bissaka daha əvvəl “Kristal Pelas” və “Mançester Yunayted”in də formasını geyinib.

İdman.Biz