“Paris” futbol klubu rəsmi saytında 36 yaşlı italyan hücumçu Çiro İmmobilenin karyerasını bitirdiyini açıqlayıb.
İdman.Biz bildirir ki, İmmobile 2026-cı ilin fevral ayında parislilərə qoşulub. Ötən mövsüm Liqa 1-də 12 oyunda iki qol vurub və iki məhsuldar ötürmə edib.
Çiro İmmobile "Sorrento" və "Yuventus"un yetirməsidir. O, həmçinin əsas heyətdə "Cenoa", "Torino", "Borussiya Dortmund", "Sevilya", "Latsio", "Beşiktaş", "Bolonya" və digər klublarda da oynayıb. Bu komandalarla bir sıra nüfuzlu titullar qazanıb.
O, 2021-ci ildə İtaliya millisi ilə Avropa Çempionatını qazanıb.
