Fransanın PSJ klubunda çıxış edən ukraynalı müdafiəçi İlya Zabarnının UEFA Superkubokundan sonra paylaşdığı komanda fotosu müzakirələrə səbəb olub.
İdman.Biz xəbər verir ki, Zabarnı PSJ-nin qələbəsindən sonra iki fotodan ibarət kollaj hazırlayıb. Kollajın montajı nəticəsində komandanın rusiyalı qapıçısı Matvey Safonovun baş hissəsi kəsilib və yekun görüntüdə o, faktiki olaraq görünməyən yeganə PSJ futbolçusu olub.

Eyni montaj zamanı Gürcüstan millisinin üzvü Xviça Kvaratsxeliyanın görüntüsünün də bir hissəsi dəyişib. Lakin Safonovdan fərqli olaraq, gürcü futbolçu fotoda görünür.

Zabarnı ilə Safonovun eyni komandada çıxış etməsi daha əvvəl də mətbuatın diqqət mərkəzində olub. Ukraynalı müdafiəçi PSJ-yə keçdikdən sonra rusiyalı komanda yoldaşı ilə münasibətlərinin yalnız peşəkar çərçivədə olacağını bildirib.
Məsələ azarkeşlər tərəfindən ciddi şəkildə müzakirə olunduqdan sonra Zabarnı fotonu statusundan silib.
Qeyd edək ki, Paris təmsilçisi həlledici görüşdə “Aston Villa”nı 2:1 hesabı ilə məğlub edərək kuboku qazanıb.

