UEFA Çempionlar Liqası üçüncü təsnifat mərhələsinin cavab oyunları çərçivəsində Serbiyanın “Srvena Zvezda” klubu İsrailin “Haopel Beer Şeva” komandasını qəbul edib.
İdman.Biz bildirir ki, matç 2:0 hesabı ilə israillilərin xeyrinə qurtarıb.
Qolları 61-ci dəqiqədə İqor Zlatanoviç və 79-cu dəqiqədə Javon İst vurublar.
İlk oyunda da 1:0 hesabı ilə qalib gələn “Hapoel” növbəti mərhələyə adlayıb. Komanda Çempionlar Liqasının pley-off mərhələsində Bakının “Sabah” klubu ilə qarşılaşacaq.
Bu mərhələnin ilk oyunları avqustun 18-19-da, cavab matçları isə avqustun 25-26-da olacaq.
