Safonov PSJ-nin UEFA Superkuboku matçında şanslarını qiymətləndirib

11 Avqust 2026 18:59
120
Safonov PSJ-nin UEFA Superkuboku matçında şanslarını qiymətləndirib

PSJ-nin qapıçısı Matvey Safonov UEFA Superkuboku uğrunda "Aston Villa" ilə keçiriləcək oyunla bağlı gözləntilərini bölüşüb.

İdman.Biz bildirir ki, oyun 12 avqustda Avstriyanın Zaltsburq şəhərindəki "Red Bull Arena"da keçiriləcək və Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.

"Bir kubok tək bir matçda oynanıldıqda, həmişə çətin olur. Asan qələbələr olmur. Biz "Aston Villa"nı tanıyırıq. Onlar çox güclü komandadır: ötən mövsüm Avropa Liqasını qazandılar və İngiltərə Premyer Liqasında dördüncü yeri tutdular. Bizi çox çətin bir matçın gözlədiyini başa düşürük", - Safonov klubun rəsmi saytında bildirib.

Safonovun klubla hazırkı müqaviləsi 2029-cu ilin yayına qədərdir. Transfermarkt-dakı məlumata görə, onun bazar dəyəri 30 milyon avrodur.

İdman.Biz