Uruqvaylı müdafiəçi Ronald Arauxo "Barselona"dan "Liverpul"a icarəyə verilməsi barədə danışıb.
İdman.Biz bildirir ki, saziş İngiltərə klubunun mətbuat xidməti tərəfindən 10 avqustda rəsmi olaraq açıqlanıb.
"Burada, zəngin tarixə malik bu nəhəng klubda olduğum üçün çox şadam. Komanda yoldaşlarımla tanış olduğum üçün çox şadam, oynamağa başladığım üçün çox şadam, çox motivasiyalı və qətiyyətliəm. Düşünürəm ki, bu, karyeramın bu mərhələsində mənim üçün mükəmməl bir addım idi.
Düşünürəm ki, bu, düzgün addım idi. "Liverpul"un marağını eşidən kimi hər şey çox tez baş verdi. Dediyim kimi, burada olduğum üçün çox şadam. Bu, doğru zamanda doğru addım idi", - deyə Arauxo bildirib.
