"Barselona"nın 20 yaşlı cinah oyunçusu Runi Barci 2026/27 mövsümündən əvvəl ciddi zədə alıb.
İdman.Biz Fabrizio Romanoya istinadən bildirir ki, oyunçunun ön çarpaz bağı cırılıb və altı-yeddi ay müddətində oynaya bilməyəcək.
İsveçli diz zədəsi səbəbindən artıq 2023/24 mövsümünün 11 ayını buraxıb. Daha əvvəl hücumçu oyunçular Entoni Qordon və Kərim Adeyemi gələndən sonra Barcinin "Barselona"dan ayrıla biləcəyi bildirilirdi.
Bundesliqa, Erediviziya, Liqa 1, Portuqaliya liqası və Seriya A komandaları oyunçuya maraq göstərib. Potensial namizədlər arasında "Aston Villa", "Sanderlend", "Everton", "Fulhem", "Brayton", "Lids Yunayted", "Ayaks", "Marsel", "Portu", "Yuventus" və "Borussiya Dortmund" da var idi.
