Tarixə düşən 10 qol sevinci - SİYAHI

Xəbərlər
20 Yanvar 2024 18:16
241
Tarixə düşən 10 qol sevinci - SİYAHI

Futbol tarixinin ən populyar qol sevincləri müəyyənləşib.

İdman.biz xəbər verir ki, “FourFourTwo” ən yaddaqalan jestlərin siyahısını dərc edib.

DÇ-1994-də qol sevincini yeni doğulan körpəsinə həsr edən Bebeto 1-ci yeri tutub. Həmin vaxt komanda yoldaşlarının da ona qoşulub. Sonradan həmin jesti onlarla futbolçu təkrarlayıb.

“Top-10”da Krişitano Ronaldo və Lionel Messinin qol sevincləri də yer alıb.

1. Bebeto (Braziliya) - əlində uşağını yelləməsini təsvir edib
2. Marko Tardelli (İtaliya) – DÇ-1982-nin finaldakı qolundan sonra “Qol! Qol”” qışqırıb
3. Pol Qaskoyn (İngiltərə) – AVRO-1996-da qoldan sonra yerə yıxılıb və komanda yoldaşları ona su içizdiriblər
4. Ueyn Runi (“Mançester Yunayted”) – havaya bir neçə zərbə endirib və nokauta düşdüyünü təsvir edib
5. Roje Milla (Kamerun) – DÇ-1990-da künc bayrağının yanında rəqs edib
6. Yurgen Klinsmann (“Tottenhem”) – özünü ot örtüyünün üzərinə atıb
7. Kriştiano Ronaldo (“Real”) – 2014-dəki “Qızıl top”dan sonra “Siuuu” ifadəsi ilə havaya atılıb
8. Andres İnyesta (İspaniya) – DÇ-2010-un finalındakı qoldan sonra formasını çıxarıb və mərhum Daniel Harkeyə həsr olunan yazını göstərib
9. Piter Krauç (İngiltərə) – yoldaşlıq oyunundakı qoldan sonra iş rəqsini göstərib
10. Lionel Messi (“Barselona”) – “Real”la səfər matçında formasını çıxarıb və onu publikaya nümayiş etdirib

İdman.biz