“Liverpul” “Pari Sen-Jermen”in cinah oyunçusu Bredli Barkola üçün təklif vermək niyyətindədir.
İdman.Biz bu barədə “L'Équipe”ə istinadən məlumat verir.
Mənbəyə görə, ingilis klubunun təklifi təxminən 115 milyon avrodur. Təklifin dəqiq strukturu hələlik məlum deyil - buraya sabit hissə, bonuslar və gələcək satışların mümkün faizi daxil ola bilər.
Lakin PSJ-nin bu cür şərtlərlə razılaşma ehtimalı aşağı hesab olunur. Parislilər 23 yaşlı fransız üçün bonuslar xaric 150 milyon avrodan çox pul tələb edirlər.
Barkolanın özü transferlə maraqlanır. Karyerasını “Liverpul”da davam etdirmək onun prioritetinə çevrilib.
Gözlənilən 115 milyon avroluq təklif klublar arasında danışıqları daha konkret mərhələyə keçirməlidir.
