PSJ yarımmüdafiəçi Maqnes Akliuşun “Monako”dan transfer olunduğunu açıqlayıb.
İdman.Biz bildirir ki, yarımmüdafiəçinin müqaviləsi 2031-ci ilə qədərdir. O, 11 nömrəli formanı geyinəcək.
Daha əvvəl mediada Paris klubunun fransız millisinin oyunçusu üçün 50 milyon avro ödəyəcəyi bildirilirdi.
Akliuş “Monako”nun gənclər sisteminin yetirməsidir və 2022-ci ilin yayından bəri böyüklər komandasında oynayır. Ötən mövsüm o, bütün yarışlarda 43 oyunda meydana çıxıb, yeddi qol vurub və 11 məhsuldar ötürmə edib. Transfermarkt-dakı məlumata görə, onun bazar dəyəri 50 milyon avrodur.
