Kannavaro Özbəkistan millisindəki maaşı ilə bağlı şayiələrə reaksiya verib

6 Avqust 2026 21:19
104
Kannavaro Özbəkistan millisindəki maaşı ilə bağlı şayiələrə reaksiya verib

Özbəkistan millisinin baş məşqçisi Fabio Kannavaro ildə 4 milyon avro qazandığı barədə yayılan xəbərləri təkzib edib.

İdman.Biz bildirir ki, italiyalı məşqçi 2025-ci ildən Özbəkistan milli komandasında çalışır. Kannavaro əvvəllər "Dinamo Zaqreb", "Udineze", "Benevento", Çin millisi və "Tianjin Quanjian" komandalarını çalışdırıb.

"İllik maaşım 4 milyon avro deyil. Bu cür yalan məlumatlar çox tez-tez təkrarlanır və buna inanmağa dəyməz", - UzDaily Kannavarodan sitat gətirir.

2026-cı il dünya çempionatında Özbəkistan millisi qrup mərhələsində üç oyun keçirib və üç məğlubiyyət alıb: Portuqaliyaya (0:5), Kolumbiyaya (1:3) və Konqo Demokratik Respublikasına (1:3).

İdman.Biz