“Mançester Yunayted”in bir şərtlə Uotkins üçün “Aston Villa”ya müraciət edəcək

25 İyul 2026 07:15
107
“Mançester Yunayted”in bir şərtlə Uotkins üçün “Aston Villa”ya müraciət edəcək

“Mançester Yunayted” “Aston Villa”nın hücumçusu Olli Uotkinsi izləyir.

İdman.Biz-in “The Sun”a istinadən məlumatına görə, “Arsenal” 30 yaşlı hücumçu üçün mançesterlilərə rəqib ola bilər.

Mənbənin məlumatına görə, hücumçu Coşua Zirkzee klubdan ayrılacağı təqdirdə “Mançester Yunayted”in Uotkins üçün təklif irəli sürməsi gözlənilir. “Aston Villa” ingilis futbolçunu təxminən 40 milyon funt sterlinqə (46,8 milyon avro) satmağı düşünə bilər. Qeyd olunur ki, Birminhem klubu artıq “Fənərbağça”nın 30 milyon funt sterlinq (35 milyon avro) təklifini rədd edib.

Ötən mövsüm Uotkins bütün turnirlərdə 55 oyunda meydana çıxıb, 21 qol vurub və beş məhsuldar ötürmə edib. Onun klubla hazırkı müqaviləsi 2028-ci ilin yayına qədərdir. Transfermarkt portalında verilən məlumata görə, futbolçunun bazar dəyəri 25 milyon avrodur.

İdman.Biz