“Çelsi” “Kristal Palas”ın mərkəz müdafiəçisi Maksans Lakruanın transferini başa çatdırmağa yaxındır.
İdman.Biz “The Athletic” nəşrinə istinadən xəbər verir ki, London klubu 26 yaşlı Fransa millisinin üzvü üçün təxminən 52 milyon funt-sterlinq (69 milyon dollar) ödəyəcək. Lakrua müqavilə imzalamazdan əvvəl tibbi müayinədən keçəcək.
Fransalı müdafiəçinin “Çelsi” ilə anlaşması 2032-ci ilə qədər nəzərdə tutulub.
“Kristal Palas” isə artıq Lakruanın mümkün ayrılığına hazırlaşır və onun yerinə yeni müdafiəçi axtarır. Klubun namizədləri arasında "Augsburq"dan Krislen Matsima və "Trabzonspor"dan Çibuike Nvaiunun olduğu bildirilir.
Lakrua iyun ayından etibarən “Çelsi”nin əsas transfer hədəflərindən biri idi. London klubu onun Premyer Liqadakı son iki mövsümdəki göstərdiyi performansından təsirlənərək transfer yarışında fəallaşıb.
190 sm boya malik müdafiəçi ötən mövsüm “Kristal Palas”ın əsas oyunçularından biri olub. O, bütün turnirlərdə 55 oyuna çıxıb, İngiltərə Super Kuboku və Konfrans Liqası kuboklarını qazanıb.
Lakrua 2024-cü ildə “Volfsburq”dan “Kristal Palas”a keçdikdən sonra stabil çıxışı ilə diqqət çəkib və 2026-cı il dünya çempionatında Fransa millisinin heyətinə düşüb.
