“Fənərbağça” “Milan”dan 60 milyon avroya futbolçu almaq istəyir

24 İyul 2026 15:06
86
“Fənərbağça” “Milan”dan 60 milyon avroya futbolçu almaq istəyir

İstanbulun “Fənərbağça” klubu “Milan”ın futbolçusu Rafael Leaonun transferi üçün danışıqları sürətləndirib.

İdman.Biz “Corriere dello Sport”a istinadən xəbər verir ki, “Milan” 27 yaşlı portuqaliyalının satışından təxminən 50-60 milyon avro gəlir əldə etməyi planlaşdırır. İstanbul klubu isə bu fürsətdən yararlanaraq Leao üçün mübarizədə önə çıxmaq istəyir.

Bildirilir ki, “Fənərbağça” yaxın saatlarda Leao ilə bağlı futbolçunun nümayəndələri ilə Milanda görüş keçirəcək. Lakin hazırda “Milan”a rəsmi təklif göndərilməyib.

“Rossoneri” Leao satışından əldə olunacaq vəsaiti yeni transferlər üçün istifadə etməyi düşünür. Portuqaliyalı futbolçu ilə İngiltərə Premyer Liqası və İspaniya La Liqasından maraqlanan klublar olsa da, hələlik konkret addım atan komandalar arasında “Fənərbağça” və “Qalatasaray”ın adı çəkilir.

Məlumata görə, “Fənərbağça” rəqibi “Qalatasaray”ı qabaqlamaq üçün Leaoya mövsümlük təxminən 10 milyon avro maaş və əlavə bonuslardan ibarət böyük müqavilə təklif etməyə hazırdır.

Leaonun Türkiyədə istirahətinin bir hissəsini keçirməsi də onun gələcəyi ilə bağlı söz-söhbətləri artırıb. Bununla belə, “Milan” hələ ilk rəsmi təklifi gözləyir.

Bildirilir ki, Portuqaliyalı hücumçu qərar verməzdən əvvəl vaxt qazanmaq istəyir. O, daha əvvəl yeni çağırış axtardığını bildirib və hazırda İngiltərə və ya İspaniyadan daha böyük təklif gözlədiyi qeyd olunur. Leao “Milan”dan ayrılacağı təqdirdə İtaliyada başqa klubda oynamaq istəmir, lakin uyğun şərtlər olarsa Türkiyə variantını da nəzərdən keçirə bilər.

İdman.Biz