"Boka Xuniors"un futbolçusu Leandro Paredes Lionel Messinin Argentina millisindəki gələcəyi barədə danışıb.
İdman.Biz "AS" nəşrinə istinadən xəbər verir ki, 32 yaşlı futbolçu Messinin 2026-cı il dünya çempionatının İspaniyaya qarşı final matçının onun milli komandadakı son oyunu olacağı qərarını əvvəlcədən verdiyini bildirib.
“Məncə, Messi bunun millidəki son oyunu olacağı qərarını vermişdi. Ümid edirəm ki, belə deyil və o, oynamağa davam edə bilər. Bu, onun qərarı olacaq. Əgər onu xoşbəxt edən seçimdirsə, bizi də xoşbəxt edəcək”.
Paredes bildirib ki, Argentina millisində bir çox futbolçu gələcəyi barədə düşünməlidir:
“Çoxumuz davam edib-etməyəcəyimiz barədə düşünməliyik. Bu proses möhtəşəm oldu, amma eyni səviyyəni qorumaq və qrupu əvvəlki kimi saxlamaq çətin olacaq. Dəyərləndirmə aparmalı, baş məşqçi ilə danışmalıyıq. Qərarlar sakit şəkildə verilməlidir. Hazırda davam edib-etməyəcəyimi bilmirəm”.
Messidən başqa, Nikolaz Otamendi artıq Argentina millisindəki karyerasını başa vurduğunu açıqlayıb. Baş məşqçi Lionel Skaloni də müqaviləsi dekabrda başa çatdıqdan sonra komandadan ayrılmaq ehtimalını istisna etməyib.
Qeyd edək ki, mundialın finalında Argentina millisi İspaniyaya əlavə vaxtda 1:0 hesabı ilə məğlub olub.
