Modriç “Milan” azarkeşlərinə səsləndi: “Ötən mövsümün əvəzini çıxmaq istəyimiz böyükdür”

24 İyul 2026 16:36
83
Modriç “Milan” azarkeşlərinə səsləndi: “Ötən mövsümün əvəzini çıxmaq istəyimiz böyükdür”

İtaliyanın “Milan” klubunun futbolçusu Luka Modriç klubla müqaviləsinin uzadılması ilə bağlı fikirlərini bölüşüb.

İdman.Biz xəbər verir ki, “Milan” klubunun sosial şəbəkələrində yayımlanan videomüraciətində Modriç azarkeşlərə ötən mövsümu unutduracaqlarına söz verib.

Modriç “Milan”da qalmaqdan məmnun olduğunu bildirib:

“İlk gündən məni isti qarşılayan və sevgi göstərən “Milan”ın bir hissəsi olmağa davam etdiyim üçün çox xoşbəxtəm.

Gözləntilərimizi doğrultmayan ötən mövsümdən sonra özümüzü doğrultmaq istəyimiz çox böyükdür. Qarşımızda yeni mövsüm və yeni çağırış var. İnandığım və məni həqiqətən motivasiya edən bir layihə bizi gözləyir.

Bu forma üçün yenidən bütün gücümü verməyə hazıram. Bu rəngləri daşımağa davam etdiyim üçün qürur duyuram. “San-Siro”ya qayıtmağı və sizin səsinizi eşitməyi səbirsizliklə gözləyirəm.

Tezliklə görüşərik. İrəli, “Milan”!

40 yaşlı xorvatiyalı futbolçunun yeni müqaviləsi 2027-ci il iyunun 30-dək qüvvədə olacaq.

Xorvatiyalı futbolçu ötən mövsüm “rossonerilər”in heyətində bütün turnirlərdə 37 oyuna çıxıb, 2 qol vurub və 3 məhsuldar ötürmə edib. “Milan” isə İtaliya A Seriyasında mövsümü 5-ci pillədə başa vurub.

Modriç 2025-ci ilin yayında “Real Madrid”lə müqaviləsinin başa çatmasından sonra “Milan”a keçib.

İdman.Biz