“Real Madrid” cinah oyunçusu Vinisius Junior üçün təklifini yaşılaşdırıb.
İdman.Biz bu barədə “Defensa Central”a istinadən məlumat verir.
“Real Madrid”in prezidenti Florentino Peres braziliyalıya hazırkı 20 milyon avrodan ildə 25 milyon avro təklif etməyə hazırdır. “Los Blancos” buna görə də oyunçu ilə uzunmüddətli müqavilə bağlamağa çalışır. Vinisiusun klubla hazırkı müqaviləsi 2027-ci ilin yayına qədərdir.
Ötən mövsüm oyunçu “Real Madrid”də bütün yarışlarda 53 oyun keçirib, 22 qol vurub və 14 məhsuldar ötürmə edib.
Transfermarkt-ın məlumatına görə, onun transfer dəyəri 140 milyon avrodur.
