Ekvador millisinin Almaniya üzərində qazandığı qələbə (2:1) təkcə azarkeşlər arasında deyil, bir itin də maraqlı reaksiyası ilə gündəmə gəlib.
İdman.Biz xəbər verir ki, Sebastian Bekkasesenin komandası qrup mərhələsinin III turunda əzmkar qələbə qazanaraq dünya çempionatının pley-off mərhələsinə yüksəlib.
Həlledici qolu 77-ci dəqiqədə Qonsalo Plata vurub. Ekvadordakı mağazalardan birində təhlükəsizlik kamerası əməkdaşların qolu böyük coşqu ilə qeyd etdikləri anı lentə alıb.
Həmin an azarkeşlərin sevincinə mağazadakı it də qoşulub. Qışqırıqları eşidən heyvan qaçaraq piştaxtanın üstünə tullanıb və sanki qolu özü də bayram edib.
