Misir millisinin hücumçusu Məhəmməd Salah DÇ-2026-nın qrup mərhələsinin III turunda İranla keçirilən oyunda (1:1) aldığı zədənin xarakteri müəyyənləşib.
İdman.Biz xəbər verir ki, Misir Futbol Federasiyasının mətbuat xidmətinin yaydığı məlumata görə, ulduz futbolçunun dizaltı vətərində problem aşkarlanıb.
Salah yaxın vaxtlarda daha ətraflı tibbi müayinədən keçəcək. Bundan sonra onun yaşıl meydanlara qayıdış müddəti dəqiqləşəcək.
Qeyd edək ki, Misir millisi 5 xalla qrupu ikinci pillədə başa vuraraq dünya çempionatının 1/16 finalına yüksəlib. Afrika təmsilçisi növbəti mərhələdə Avstraliya yığması ilə qarşılaşacaq.
