“Atletiko Madrid” Morten Hyulmanla maraqlanır

27 İyun 2026 18:57
84
“Atletiko Madrid” Morten Hyulmanla maraqlanır

“Atletiko Madrid” “Sportinq”in yarımmüdafiəçisi Morten Hyulmanı transfer etməkdə maraqlıdır.

İdman.Biz bu barədə jurnalist Matteo Morettoya istinadən bildirir.

Mənbənin məlumatına görə, İspaniya klubunun baş məşqçisi Dieqo Simeone danimarkalı yarımmüdafiəçinin keyfiyyətlərini yüksək qiymətləndirərək, transferlə maraqlanır. “Atletiko” yaxın həftələrdə oyunçuya rəsmi təklif verməyi düşünür.

2025/2026 mövsümündə 27 yaşlı Hyulman bütün yarışlarda 45 oyun keçirib, üç qol vurub və altı məhsuldar ötürmə edib. Transfermarkt-ın məlumatına görə, onun bazar dəyəri 45 milyon avrodur.

İdman.Biz