“Borussiya” uğursuz seriyaya son qoyub

Xəbərlər
13 Yanvar 2024 23:27
171
“Borussiya” uğursuz seriyaya son qoyub

Bu gün Almaniya Bundesliqasında 17-c turun 6 oyunu keçirilib.

İdman.biz xəbər verir ki, Dortmund “Borussiya”sı uğursuz matçlar seriyasına son qoyub.

Son dəfə noyabrın 25-də qələbə qazanan dortmundlular səfərdə debütantı məğlub ediblər. “Darmştadt”la qarşılaşmada “Borussiya” 3:0 hesabı ilə qələbə qazanıb. Komanda 4 oyundan sonra 3 xal qazanıb.

“Leypsiq” gözlənilmədən öz meydanında uduzub. Mark Rozenin yeitrmələri “Ayntraxt”la uduzublar.

Almaniya Bundesliqası
17-ci tur

Auqsburq – Bayer – 0:1
Köln – Haydenhaym – 1:1
Frayburq – Union Berlin - 0:0
Maynts – Volfsburq – 1:1
Leypsiq – Ayntraxt – 0:1
Darmştadt – Borussiya D – 0:2

İdman.biz