Joao Pedro yenə Braziliya millisindən kənarda qaldı

16 Sentyabr 2026 22:44
84
Joao Pedro yenə Braziliya millisindən kənarda qaldı

“Çelsi”nin futbolçusu Joao Pedro zədə səbəbindən Braziliya millisinin qarşıdakı yoldaşlıq oyunlarında iştirak edə bilməyəcək.

İdman.Biz xəbər verir ki, 24 yaşlı futbolçunun adı milli komandanın heyət siyahısından çıxarılıb.

Braziliya Futbol Konfederasiyasının məlumatına görə, onun əvəzinə baş məşqçi Karlo Ançelotti “Fluminense”nin yarımmüdafiəçisi Martinellini heyətə dəvət edib. Bu, futbolçunun əsas milli komandaya ilk çağırışıdır.

Joao Pedronun zədəsinin xarakteri açıqlanmayıb.

Braziliya millisi sentyabrın 25-də və 29-da Avstraliya, oktyabrın 3-də isə Hindistanla qarşılaşacaq.

Qeyd edək ki, Joao Pedro may ayında Braziliya millisinin 2026-cı il Dünya çempionatı üçün yekun heyətinə də düşməyib.

24 yaşlı hücumçu avqust ayının nəticələrinə əsasən İngiltərə Premyer Liqasının ən yaxşı oyunçusu seçilib. O, İngiltərə çempionatının ilk iki matçında 2 qol vurub və 2 məhsuldar ötürmə edib.

İdman.Biz