“Bavariya”nın fəxri prezidenti Uli Höness 2026-cı ildə “Qızıl top” mükafatına namizədlərlə bağlı fikirlərini bölüşüb.
İdman.Biz “Bayern & Germany”yə istinadən xəbər verir ki, almaniyalı funksioner “Bavariya”nın hücumçusu Harri Keynin mükafata layiq olduğunu bildirib.
“O, buna tamamilə layiqdir. Ümid edirəm ki, o qazanacaq. Düşünürəm ki, Messiyə beşinci dəfə “Qızıl top” vermək tam bir cəfəngiyyat olardı. Harri Keyn bütün turnirlərdə möhtəşəm mövsüm keçirib. Əgər o, cari ildə buna layiq deyilsə, onda nə zaman?”, – deyə Höness bildirib.
O, Kilian Mbappenin də şanslarını dəyərləndirib:
“Mbappe? Onlar (“Real”) heç bir titul qazanmayıblar – biz isə iki titul qazanmışıq”.
