Milli komandanın təyyarəsindən məcburi eniş - oksigen azalıb - VİDEO

Xəbərlər
11 Yanvar 2024 13:43
264
Milli komandanın təyyarəsindən məcburi eniş - oksigen azalıb - VİDEO

Afrika Millətlər Kubokunda iştirak etmək üçün Fil Dişi Sahilinə yollanan Qambiya milli komandası xoşagəlməz hadisə ilə üzləşib.

İdman.biz xəbər verir ki, yığmanı aparan təyyarə havaya qalxandan cəmi 9 dəqiqə sonra geri dönərək məcburi eniş edib.

Buna texniki nasazlıq səbəb olub. Bunun təzyiqin düşməsi və salonda oksigenin azalmasından qaynaqlandığı üzə çıxıb.

Komanda Qambiyanın paytaxtı Banjula qayıdıb. Yığmanın yaxın müddətdə turnirə yollanacağı gözlənilir.

Qeyd edək ki, Qambiya millisi ilk oyununu yanvarın 15-də Seneqala qarşı keçirməlidir.

İdman.biz

Məqalədə: