Zidan bu gün "Betis"lə müqavilə imzalayacaq

11 Yanvar 2024 10:44
932
Zidan bu gün "Betis"lə müqavilə imzalayacaq

Madrid "Real"ının sabiq baş məşqçisi Zinəddin Zidanın kiçik oğlu Elias Zidan özünə yeni komanda tapıb.

İdman.biz xəbər verir ki, 19 yaşlı futbolçu karyerasını “Betis”də davam etdirəcək.

O, İspaniyanın “Betis” klubu ilə anlaşıb. Elias atası ilə birgə düşərgəyə gələrək, artıq tibbi müayinədən də keçib. “Real”ın yetirməsi bu gün rəsmi müqaviləyə imza atacaq.

Zidan “Betis”in aşağı yaş qrupunda forma geyinəcək.

İdman.biz

Məqalədə: