Fernandes Alonsoya “Çelsi”dən getmək istədiyini bildirib

28 May 2026 23:07
174
Fernandes Alonsoya “Çelsi”dən getmək istədiyini bildirib

“Çelsi”nin yarımmüdafiəçisi Enzo Fernandes klubu və baş məşqçi Xabi Alonsonu bu yay klubdan ayrılmaq istəyi ilə bağlı məlumatlandırıb.

İdman.Biz bu barədə “Mundo Deportivo”ya istinadən məlumat verir.

Mənbənin məlumatına görə, “göylər” oyunçuya potensial transferi üçün 120 milyon avro tələb edəcəklərini bildiriblər - bu məbləğ argentinalı oyunçunun 2023-cü ilin qışında əldə etdiyi məbləğlə eynidir. Fernandesin agenti transferi təmin etmək məqsədilə “Real Madrid”lə əlaqə saxlayıb.

Yarımmüdafiəçi bu mövsüm bütün turnirlərdə 54 oyunda meydana çıxıb, 15 qol vurub və yeddi məhsuldar ötürmə edib. Onun klubla hazırkı müqaviləsi 2032-ci ilin yayına qədərdir. Transfermarkt-dakı məlumata görə, onun bazar dəyəri 90 milyon avrodur.

İdman.Biz