Alleqri “Napoli”nin baş məşqçisidir - Romano

28 May 2026 21:36
124
Alleqri “Napoli”nin baş məşqçisidir - Romano

Massimiliano Alleqri “Napoli”nin yeni baş məşqçisi olub.

İdman.Biz bu barədə jurnalist Fabrizio Romanoya istinadən məlumat verir.

58 yaşlı mütəxəssis “Napoli” klubunun təklif etdiyi bütün şərtləri qəbul edib və tezliklə müqavilə imzalayacaq.

Ötən mövsüm Alleqri “Milan”ı çalışdırıb. Onun rəhbərliyi altında “rossonerilər” 70 xal qazanaraq beşinci yeri tutublar.

Komanda Çempionlar Liqasına vəsiqə qazana bilməyib. Antonio Kontenin rəhbərliyi altında “Napoli” 76 xal qazanaraq ikinci yeri tutub.

Daha əvvəl “Milan”ın Alleqriyə və işdən çıxarılan rəhbərliyə 20 milyon avrodan çox pul ödəyəcəyi açıqlanmışdı.

İdman.Biz