A seriyasında komandaların sayı dəyişdirilir?

Xəbərlər
9 Yanvar 2024 16:32
127
A seriyasında komandaların sayı dəyişdirilir?

İtaliya A seriyasında komandaların sayı dəyişdirilə bilər.

İdman.biz xəbər verir ki, A seriyasında iştirak edən klublar və liqanın prezidenti Lorenso Kazini arasında qeyri-rəsmi danışıqlara start verilib.

İtaliyanın aparıcı klubları ölkə çempionatındakı komanda sayının 20-dən 18-ə endirilməsini istəyir. Növbəti mövsümdən avrokubokların formatının dəyişdirilməsini əsas gətirən klublar oyun sayının artacağını, təqvimin daha da sıx olacağından narazıdır. Onlar komanda sayının azalmasını zəruri sayır.

Bəzi klublar oyun sayı ilə gəlirlərinin də azalacağından ehtiyatlanır. A seriyasında qalmaq uğrunda mübarizə aparan klublar isə say dəyişikliyinin əleyhinədir.

Qeyd edək ki, bu yeniliyin tətbiqi üçün 20 klubdan 14-nün razılığı zəruridir.

İdman.biz

Məqalədə: