“Barselona”ya yeni təklif

Xəbərlər
9 Yanvar 2024 09:25
387
“Barselona”ya yeni təklif

“Barselona”ya yeni futbolçu təklif olunub.

İdman.biz xəbər verir ki, İspaniya klubu Cessi Linqardı heyətinə qata bilər.

La Liqa təmsilçisinə “Mançester Yunayted”in sabiq yarımmüdafiəçisini azad agent kimi heyətinə qatmaq təklif edilib. Futbolçunun özü də bu keçidin tərəfdarıdır. O, “Barselona”da əvvəlki formasını bərpa edəcəyinə inanır.

Qeyd edək ki, Linqard 2022/23 mövsümünün sonundan klubsuzdur. Həmin vaxt “Nottinhem Forest”dən ayrılan yarımmüdafiəçi “Vest Hem” və “Əl-İttifaq”in düşərgəsində məşq etsə də, müqavilə təklifi almayıb.

İdman.biz

Məqalədə: