15 ildən sonra vida

Xəbərlər
8 Yanvar 2024 18:44
174
15 ildən sonra vida

Hans-Yoahim Vatske Dortmund “Borussiya”sını tərk edəcək.

İdman.biz xəbər verir ki, o, gələn il başa çatacaq müqavilə müddətini artırmayacaq.

Bu barədə Vatske özü açıqlama verib. O, 2025-ci ilin payızında yekunlaşacaq razılaşmanı yeniləmək fikrində olmadığını bildirib: “Yeni müqavilə imzalamayacam. Gələn ilin payızında vəzifəmdən gedəcəyəm”.

64 yaşlı mütəxəssis 2005-ci ildən klubda fəaliyyət göstərir. Onun rəhbərliyi ilə “Borussiya” iki dəfə Bundesliqanın qalibi olub, üç dəfə ölkə kubokunu qazanıb. Dortmund klubu bir dəfə Çempionlar Liqasının finalında oynayıb.

Qeyd edək ki, Vatske ilə birlikdə idarəedici rəhbər Reynhard Raubal və maliyyə direktoru Tomas Tress də klubdan gedəcək.

İdman.biz

Məqalədə: