Harri Keyn Holandın bombardir göstəricisinə çatıb

16 Aprel 2026 05:15
333
Harri Keyn Holandın bombardir göstəricisinə çatıb

“Bavariya”nın hücumçusu Harri Keynin “Real Madrid”ə qarşı dörddəbir final cavab oyununun 38-ci dəqiqəsinndə vurduğu qol onun mövsümdəki 50-ci qolu olub.

İdman.Biz bildirir ki, oyun Almaniya klubunun 4:3 hesablı qələbəsi ilə qurtarıb. İki oyunun nəticəsinə görə “Bavariya” yarımfinala vəsiqə qazanıb.

Keyndən əvvəl bütün yarışlarda bir mövsümdə 50 qol həddini keçən yeganə oyunçu Erlinq Holand idi. Norveçli futbolçu 2022/23 mövsümündə “Mançester Siti”də 52 qol vurub. O vaxtdan bəri heç bir başqa oyunçu bu göstəriciyə çata bilməyib.

İdman.Biz