İnfantino İranın DÇ-2026-da iştirakı barədə danışıb

16 Aprel 2026 07:17
336
İnfantino İranın DÇ-2026-da iştirakı barədə danışıb

FİFA prezidenti Canni İnfantino İranın 2026-cı il dünya çempionatında iştirakı ilə bağlı şərh verib.

İdman.Biz xəbər verir ki, İran daha əvvəl mövcud geosiyasi vəziyyəti nəzərə alaraq milli komandasının 2026-cı il dünya çempionatından çıxması ehtimalını qeyd etmişdi.

“Əlbəttə ki, İran gəlməlidir. Onlar öz millətini təmsil edirlər. Onlar vəsiqə qazanıblar. Oyunçular oynamaq istəyirlər”, - İnfantino deyib.

İranın G qrupunda Belçika, Yeni Zelandiya və Misirlə qarşılaşması planlaşdırılır.

DÇ-2026 bu yay üç ölkədə - ABŞ, Kanada və Meksikada keçiriləcək.

Argentina hazırkı dünya çempionudur.

İdman.Biz