“Marsel”in baş məşqçisi Habib Beyenin evindən oğurluq edilib.
İdman.Biz-in “La Depeche”yə istinadən verdiyi məlumata görə, hadisə 8 aprel gecəsi Fransanın Fuvo şəhərində baş verib. İki oğru hasarın üstündən keçərək pəncərəni sındıraraq evə daxil olublar.
Oğrular lüks markadan bahalı geyimlərin olduğu çamadanı oğurlayıblar. Hadisə baş verən zaman məşqçinin evdə olmadığı bildirilir.
Polis tez bir zamanda hadisə yerinə gəlib, lazımi istintaq hərəkətlərini aparıb və barmaq izlərini toplayıb.
Habib Beye 2026-cı ilin fevral ayında “Marsel”in rəhbərliyində Roberto De Dzerbini əvəz edib. Komanda hazırda Liqa 1-də dördüncü yerdədir.
