UEFA oyunları Luçeskunun xatirəsinə bir dəqiqəlik sükutla başlayacaq

8 Aprel 2026 21:40
148
UEFA oyunları Luçeskunun xatirəsinə bir dəqiqəlik sükutla başlayacaq

UEFA-nın rəsmi saytına görə, bu həftə keçiriləcək bütün UEFA klub yarışları oyunları Rumıniya millisinin keçmiş baş məşqçisi Mirça Luçeskunun xatirəsinə bir dəqiqəlik sükutla başlayacaq.

İdman.Biz bildirir ki, Luçesku 7 aprel çərşənbə axşamı günü 80 yaşında vəfat edib. Luçesku Rumıniya milli komandasının məşqi zamanı vəziyyəti pisləşdikdən sonra xəstəxanaya yerləşdirilmişdi. Ona kəskin miokard infarktı diaqnozu qoyulmuşdu və 5 aprel bazar günü vəziyyəti pisləşəndə süni komaya salındı.

Luçeskunun son məşqçi vəzifəsi Rumıniya milli komandasında olub və o, 2026-cı il dünya çempionatına vəsiqə qazanmaq üçün pley-off mərhələsində Türkiyəyə 1:0 hesabı ilə uduzub.

İdman.Biz