“Jirona” “Vilyarreal”ı minimal hesabla məğlub edib - VİDEO

7 Aprel 2026 01:07
139
“Jirona” “Vilyarreal”ı minimal hesabla məğlub edib

İspaniya La Liqasının 30-cu turunun “Jirona” və “Vilyarreal” komandaları arasında keçirilən oyun başa çatıb.

İdman.Biz xəbər verir ki, matç Jironanın “Estadio Municipal de Montilivi” stadionunda baş tutub. Ev sahibi komanda 1:0 hesablı qələbəni qeyd edib.

“Vilyarreal”ın müdafiəçisi Pau Navarro 45+1-ci dəqiqədə öz qapısına vurduğu qolla “Jirona”ya üstünlük qazandırıb.

İspaniya liqasında 30 oyundan sonra “Jirona”nın hesabında 37 xal var və turnir cədvəlində 12-ci yerdədir. “Vilyarreal” isə 58 xalla üçüncü yerdədir.

İdman.Biz