“Arsenal”ın oyunçuları Bukayo Saka və Yurrien Timber zədələr səbəbindən “Sportinq” ilə oyunu buraxacaqlar.
İdman.Biz xəbər verir ki, aprelin 7-də londonlular Çempionlar Liqasının dörddəbir finalının ilk oyununda səfərdə oynayacaqlar.
“[Saka və Timber] bizimlə səyahət etməyiblər və hələ hazır deyillər.
Ümid edirəm ki, hər şey yaxşı gedərsə, həftəsonuna qədər onlar hazır olacaqlar”, - “Arsenal”ın baş məşqçisi Mikel Arteta bildirib.
Şənbə günü “topçular” Premyer Liqanın 32-ci turunda “Bornmut”u qəbul edəcəklər.
