Silva bu yay “Mançester Siti”dən ayrılmağa qərar verib - Romano

3 Aprel 2026 06:22
298
Silva bu yay “Mançester Siti”dən ayrılmağa qərar verib - Romano

Yarımmüdafiəçi Bernardo Silva bu yay “Mançester Siti”dən ayrılmaqla bağlı son qərarını verib.

İdman.Biz bu barədə insayder Fabrizio Romanoya istinadən bildirir.

31 yaşlı portuqaliyalı futbolçu bu yay klubdan pulsuz transferlə ayrılacaq. Silva və nümayəndələri bu aydan etibarən bütün variantları və təklifləri qiymətləndirməyə başlayacaqlar.

Bernardo 2017-ci ildən “Siti”də oynayır və klubla 19 kubok, o cümlədən Çempionlar Liqası və altı Premyer Liqa titulunu qazanıb.

İdman.Biz