“Real Madrid” “Atalanta”nın müdafiəçisi Honest Ahanorla maraqlanır.
İdman.Biz-in “Sky Sports”a istinadən verdiyi məlumata görə, “Los Blancos” 18 yaşlı italiyalı 21 yaşadək futbolçunu transfer etməyi düşünür və yay transfer pəncərəsinin əvvəlində təklif verməyi düşünür.
Ahanor “Atalanta”ya 2025-ci ildə “Cenoa”dan 17 milyon avroya keçib. Onun Berqamo klubu ilə müqaviləsi 30 iyun 2028-ci ilə qədərdir.
Bu mövsüm müdafiəçi bütün yarışlarda 28 oyunda iştirak edib və bir qol vurub. O, mərkəz müdafiəçisi kimi oynayır, eyni zamanda sol cinah müdafiəçisi kimi də oynaya bilər.
