Bastoni və arvadı sosial mediada təhqirlərə məruz qalıblar

2 Aprel 2026 08:18
300
Bastoni və arvadı sosial mediada təhqirlərə məruz qalıblar

“İnter”in və İtaliya millisinin müdafiəçisi Alessandro Bastoni Bosniya və Herseqovina ilə oyundan (1:1, penaltilər seriyası 1:4) sonra sosial mediada təhqirlərə məruz qalıb.

İdman.Biz bildirir ki, Bastoni 2026-cı il dünya çempionatına vəsiqə qazanmaq üçün son pley-off matçının 41-ci dəqiqəsində birbaşa qırmızı vərəqə alıb.

BeIN Sports-un məlumatına görə, oyundan sonra 26 yaşlı futbolçu və həyat yoldaşı Kamilla Breşiani sosial mediada minlərlə şərh alıblar ki, bunların çoxu təhqiramiz idi. Vəziyyət o qədər sürətlə gərginləşib ki, onlar profillərində ünsiyyəti məhdudlaşdırmaq məcburiyyətində qalıblar.

Müdafiəçi əvvəllər də 3:2 hesablı Seriya A matçında “Yuventus”un müdafiəçisi Pyer Kalulunu meydandan qovulmasına səbəb olduqdan sonra sosial mediada təhdid və təhqirlər almışdı. Həmin vaxt Alessandro paylaşımlarındakı şərhləri məhdudlaşdırmışdı və həyat yoldaşı hesabını deaktiv etmişdi.

İdman.Biz